Lisey uşaqlarından xəbər var

lisey-usaqlarindan-xeber-var
Oxunma sayı: 1450


İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan Anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, bu prosses şagirdlər tam yerləşdirilənə qədər davam edəcək. 

“Ən çox müraciət olunan təhsil müəssisələri arasında 6 saylı məktəb və Zərifə Əliyeva adına liseyi göstərmək olar”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397 müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.