“Lisey uşaqları”nın valideynləri parlamentin qarşısına toplaşdı

lisey-usaqlarinin-valideynleri-parlamentin-qarsisina-toplasdi
Oxunma sayı: 1482


“Qafqazinfo” xəbər verir ki, valideynlər millət vəkilləri ilə görüşüb məsələnin həll edilməsini istəyiblər. 

Valideynlər qeyd ediblər ki, bu məktəblər ölkədə ən yaxşı təhsil verən məktəblərdir:

“Bizim uşaqlar psixoloji sarsıntı keçirirler. Birdən birə qərar verdilər ki məktəblər bağlansın. Bu uşaqlara alternativ təhsil verəcək başqa məktəb tapmırıq. Uşaqların çoxu ingilis təmayüllü oxuyub. Lazımdırsa idarəetməni dəyişsinlər. Amma müəllimlər qalıb dərs keçsinlər”. 

Millət vəkili Fəzail Ağamalı isə valideynlərlə söhbətində bildirib ki, məsələ parlamentdə də müzakirə edilib:

“Uşaqların başqa məktəblərə yerləşdirmənin həlli yoxları axtarılır”.

Günel