Lisey və gimnaziyalar üçün elektron qeydiyyat başa çatır

lisey-ve-gimnaziyalar-ucun-elektron-qeydiyyat-basa-catir
Oxunma sayı: 2362


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir.

Qeyd edək ki, elektron qeydiyyat bu gün (15 aprel) 00:00-da başa çatacaq.

Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.