Liseydəki aksiya ilə bağlı - - Rəsmi açıqlama

liseydeki-aksiya-ile-bagli-
Oxunma sayı: 1441


 “Qafqazinfo”ya daxil olan məlumata görə, daha əvvəl qeyd olunduğu kimi, Texniki Humanitar liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb və müəyyən sualların proqramdan kənar olması aşkarlanıb və monitorinqin nəticələri ləğv edilib.

Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq  bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.

Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.