Şikayətçi qeyd edir ki, Dövlət Dəmir Yol liseyinin dil ədəbiyyat müəllimi Cəmilə Səmodova ondan Neft Şirkətində işə düzəltmək məqsədilə 3000 manat pul alıb. Üstündən 9 ay keçməsinə baxmayaraq hələ də işə düzəltməyib və pulu mənimsəyib:
“Cəmilə Səmədova pulumuzu qaytarmır. Məsələ ilə bağlı Nərimanov rayon Prokurorluğuna müraciət etmişik. İşi 16- cı polis bölməsinə göndəriblər. Bölmənin tədqiqatçısı bizə bildirdi ki, məsələni özünüz həll edin. Axırda liseyin direktoru və müavini ilə görüşdük. Direktorun köməkliyi ilə Cəmilə Səmədova pulun 1000 manatını qaytardı. Qalanını da iyulun 15-də qaytaracağına dair yazılı izahat verdi. Amma üstündən 15 gün keçməsinə baxmayaraq pulun qalanını hələ də qaytarmır”.
Son xəbərlər
Son Xəbərlər