Lisiçanskda Rusiyanın hücumu dəf edildi

lisicanskda-rusiyanin-hucumu-def-edildi
Oxunma sayı: 1022

Ukraynanın Lisiçansk şəhərində Rusiya qoşunlarının hücumu dəf edilib.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Luqansk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday açıqlayıb.

Onun sözlərinə görə, Severodonetskdə döyüşlər davam edir.

Qayday, həmçinin qeyd edib ki, Rusiya qoşunları Nikolayevka kəndinə nəzarəti ələ keçirib. 

O bildirib ki, Lisiçanskda iki nəfərin cəsədi aşkar olunub, yaralı halda tapılan digər bir şəxs isə xəstəxanaya yerləşdirilib.