Litva Belarusa nota göndərdi

litva-belarusa-nota-gonderdi
Oxunma sayı: 2347

Litva hava məkanının pozulmasına görə Belarusa nota göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Litvanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Belarus tərəfinə məxsus Mi-24 helikopteri avqustun 23-də saat 18:50 radələrində Medininkai kəndi yaxınlığında Litva sərhədini keçib.

“Onların vertolyotu hava məkanımızı pozdu. Bu gün Belarus səfirinə qətiyyətli etiraz notası göndərildi”, - deyə Xarici İşlər naziri Linas Linkaviçyus bildirib.

Qeyd edək ki, bu gün Belarus Müdafiə Nazirliyi də Litva tərəfdən “səkkiz şar zondu” ilə ölkənin hava məkanını pozma cəhdini qeydə aldığını açıqlamışdı.