Litva Prezidenti Azərbaycana gəldi

litva-prezidenti-azerbaycana-geldi
Oxunma sayı: 3250

Litva Prezidenti Gitanas Nauseda bu gün Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Prezidenti Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.