Litva Prezidentindən 20 Yanvar faciəsi ilə bağlı paylaşım

litva-prezidentinden-20-yanvar-faciesi-ile-bagli-paylasim
Oxunma sayı: 2532

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı tviter hesabında qeyd edib.

“Qara Yanvar faciəsi - Sovet qoşunlarının hücumu nəticəsində Azərbaycan xalqının amansız qətliamını hörmətlə anırıq. 33 ildən sonra təcavüzkarlar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”, - deyə Nauseda bildirib.