Litva Xarici İşlər Nazirliyi pişik sahiblənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Litva XİN-in rəhbəri Qabrielius Landsbergis öz “X” hesabında paylaşıb.
Diplomatın sözlərinə görə, sözügedən pişik balası qurumun ərazisində aşkar edilib. Ona Ranqo adı verilib:
“Ranqo nazirliyin arxa hissəsində xilas edilib və dərhal Litva Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi pişiyi oldu”.