Litvada piyada keçidinə görə iki dövlət qurumu məhkəməlik oldu

litvada-piyada-kecidine-gore-iki-dovlet-qurumu-mehkemelik-oldu
Oxunma sayı: 1963

Litvanın paytaxtı Vilnüsdə bələdiyyə ilə polis təşkilatı piyada keçidinə görə məhkəmədə üz-üzə gələcək.

“Qafqazinfo” xarici KİV-ə istinədən xəbər verir ki, söhbət 2018-ci ildə Pylimo prospektində LGBT bayrağının rənglərində boyanmış piyada keçidindən gedir.

Bələdiyyə LGBT haqlarını dəstəkləmək üçün bunu müdafiə edir, polis isə “qanuna uyğun deyil”deyir.

Məlumata görə, tərəflər bununla bağlı lazım olan bütün sənədləri artıq məhkəməyə təqdim ediblər.