Litvada prezident seçkiləri keçirilir.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, səsvermə 2 minədək seçki məntəqəsində başlayıb. Prezidentlik postuna 9 nəfər iddialıdır. Ölkənin hazırkı başçısı Dalya Qribauskayte ikinci müddətə prezident seçildiyi üçün üçüncü dəfə namizədliyini irəli sürə bilməyib.
Seçicilərin 50%-dən çox səsini toplayan namizəd prezident olacaq. Əks halda, iki həftə sonra seçkilərin ikinci turu keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər