Litvada vaxtından əvvəl səsvermə başlayıb

litvada-vaxtindan-evvel-sesverme-baslayib
Oxunma sayı: 842

Litvada bu gündən prezident seçkilərinə vaxtından əvvəl səsvermə prosesi başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident seçkiləri ilə yanaşı, ikili vətəndaşlıq və Seymin deputatlarının seçilməsi ilə bağlı da referendum keçiriləcək. Mayın 12-də səs vermək imkanı olmayan vətəndaşlar bu gündən səsvermə hüququndan istifadə edəcəklər.

8-10 may tarixlərində isə tibb müəssisələrində, sosial təminat obyektlərində, hərbi hissələrdə və həbsxanalarda səsvermə olacaq.