Litvalılar Ukraynaya “Bayraktar” almaq üçün pul toplayır

litvalilar-ukraynaya-bayraktar-almaq-ucun-pul-toplayir
Oxunma sayı: 1376

Litvada Ukrayna ordusu üçün “Bayraktar” pilotsuz uçuş aparatı almaq üçün kampaniya başladılıb və hazırda pul toplanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Litvanın müdafiə naziri Arvidas Anuşauskas öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, bir gün ərzində artıq 1 milyon avro toplanıb. Lakin “Bayraktar”ı almaq üçün ümumilikdə 5 milyon avro tələb olunur.