Litvanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

litvanin-azerbaycandaki-yeni-sefiri-ile-gorus-kecirilib
Oxunma sayı: 677

15 oktyabrda Litvanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və Litva arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.