“Qafqazinfo” xəbər verir ki, Xocalı mövzusunda illüstrasiyalarla müşayiət olunan həmin müsahibə tanınmış Litva publisisti, siyasi şərhçi və Litva televiziyasında müəllif proqramının aparıcısı Tomas Çivas tərəfindən hazırlanıb.
Müsahibənin mətni bu gün – 26 fevral 2014-cü il tarixində Cəmiyyətin xətti ilə Litva Seyminin üzvlərinə, Xarici İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Nazirlər Kabinetinin Vitse-kanslerinə, Prezidentin xarici siyasət məsələləri üzrə müşavirlərinə, akademik dairələrin təmsilçilərinə, bir sıra politoloqlara, ictimai və mədəni xadimlərə və sair qurumlara göndərilib.
Müsahibə Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb.
Son xəbərlər
Son Xəbərlər