Livan Azərbaycana təşəkkür etdi

livan-azerbaycana-tesekkur-etdi
Oxunma sayı: 3268

Livan xarici işlər naziri Şarbel Vahbi erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın ölkəsinə qaytarılmasına görə Azərbaycan, Rusiya, Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Livan Milli Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Azərbaycanda əsirlikdə olan Livan və Ermənistan vətəndaşı, snayper Maral Nacaryanın ötən gün azad edildiyinə dair məlumat yayıb.