Livanda etirazçılarla polis arasında toqquşmalar - 226 nəfər xəsarət alıb

livanda-etirazcilarla-polis-arasinda-toqqusmalar
Oxunma sayı: 674

Livanda, Tripolinin şimalında nümayişçilərlə polis birləşmələri arasında alovlanan küçə toqquşmaları nəticəsində indiyədək 226 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al-Wataniya” agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, onların çoxuna yerində tibbi yardım göstərilib, 35-i hospitala yerləşdirilib.

Livan ordusu Tripolinin mərkəzində yerləşən əsas meydanı nəzarətə götürüb. Zirehli texnika küçələrdə keşik çəkir.

Tripolidə yaşananların səbəbi ölkədə koronavirusa yoluxma hallarının artması fonunda hökumətin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdir.

Yanvarın 21-də Ali Müdafiə Şurası Livandakı fövqəladə sanitariya vəziyyətini fevralın 8-dək uzadıb.