Livanda iğtişaşlar, azı 35 yaralı - Video

livanda-igtisaslar-azi-35-yarali
Oxunma sayı: 1271

Livanın Beyrut şəhərində Rusiya səfirliyinin ərazisində gözyaşardıcı qazla dolu iki ədəd qumbara partladılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” rusiyalı diplomata istinadən xəbər verib.

Nümayişçilər Rusiya nümayəndəliyinin binasının yaxınlığında Mar-İlyas küçəsində toplaşıb.

Livan hüquq mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qazla dolu qumbaralardan istifadə edib. Bundan əlavə, nümayişin dağıdılması zamanı polislər onlara daş atan bir neçə nəfəri saxlayıb.

"RİA Novosti" yazır ki, toqquşmalar nəticəsində azı 35 nəfər yaralanıb.