Livanda matəm elan olundu

livanda-matem-elan-olundu
Oxunma sayı: 2073

Livanda 15 oktyabr matəm günü elan edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu qərar baş nazir Nəcib Mikati tərəfindən Beyrutda baş vermiş silahlı insidentdən sonra verilib. Həmin gün bütün dövlət idarələri, o cümlədən məktəblər bağlanacaq.

Qeyd edək ki, Livan ordusu Beyrutda silahlı toqquşmalarda iştirak etməkdə şübhəli bilinən 9 nəfərin həbs olunduğunu açıqlayıb.

Xatırladaq ki, bu gün Beyrutda 2020-ci ildə dəniz limanında baş vermiş partlayışla əlaqədar istintaqdan narazı olan şiə partiyaları hakim Tarek Bitarın işdən çıxarılması tələbi ilə aksiya keçirib. Aksiya iştirakçıları silahlardan atəşə tutulub və nəticədə 6 nəfər ölüb, 60-dan çox nümayişçi yaralanıb.

Həmçinin oxuyun: Livanda nümayişçilərə atəş açıldı - 6 ölü, 60-dan çox yaralı - Video+Fotolar