Livanda nümayişçilərə atəş açıldı - 6 ölü, 60-dan çox yaralı - Video+Fotolar

Livanda nümayişçilərə atəş açıldı
Oxunma sayı: 1021

Livanın paytaxtı Beyrut şəhərində nümayişçilərə odlu silahdan atəş açılıb.

“Qafqazinfo” “Al-Mayadeen” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.

Bildirilir ki, bu gün səhər şiə partiyalarının tərəfdarları kütləvi nümayişdə iştirak etmək üçün paytaxtın Tayuni rayonunda toplaşmağa başlayıblar.

Nümayişçilərin toplaşmaqda məqsədi 2020 -ci ildə Beyrut limanında baş verən partlayış işi ilə bağlı əsas hakim Tarek Bitarın vəzifəsindən uzaqlaşdırılmasını tələb etmək olub. Nümayişçilər Ədliyyə Sarayına doğru hərəkət etdikdə atəşə tutulublar.

Livan ordusunun məlumatına görə, hazırda nümayişçiləri atəşə tutan şəxs və yaxud şəxslərin axtarışı davam edir.