Livanda rabitə cihazları yenə partlayır - 20 ölü, 460 yaralı+Yenilənib

livanda-rabite-cihazlari-yene-partlayir
Oxunma sayı: 5693

Livanda yenidən partlayışlar baş verib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə “Al Hadath” məlumat yayıb.

“Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi rabitə cihazları partlayıb”, - məlumatda qeyd olunub.

Bildirilir ki, Livanın müxtəlif ərazilərində baş verən partlayışlarda təxminən 100 nəfər yaralanıb.

Livan mediası yazır ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil radiolarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Ən son məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb.

***

Livanın şərqindəki Bekaa bölgəsində rabitə vasitələrinin partlaması nəticəsində 3 nəfər həlak olub. 

***

“Reuters” agentliyinin məlumatına görə, Livanda yeni silsilə partlayışlar nəticəsində azı 9 nəfər ölüb, 300 nəfər yaralanıb.

***

Livan Səhiyyə Nazirliyi partlayışlar nəticəsində ölən və yaralananların sayının artdığını açıqlayıb:

“Rabitə üçün istifadə edilən cihazların partlaması nəticəsində 14 nəfər ölüb, 450-dən çox insan yaralanıb”.

***

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda yaralıların sayının 450 nəfərdən 460-a yüksəldiyi bildirilir.