Livandakı partlayışda ölənlərin sayı artdı

livandaki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1707

Livanda peycerlərin anidən partlaması nəticəsində həlak olanların sayı 12 nəfərə yüksəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad Beyrutda mətbuat konfransında açıqlayıb. 

Onun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq var. 

Abyad, həmçinin qeyd edib ki, livanlı həkimlər sutka ərzində 460 cərrahi əməliyyat həyata keçirib: “300-dən çox şəxs isə reanimasiyaya yerləşdirilib, onlardan əksəriyyətinin vəziyyəti ağırdır”.

Bununla belə, o, mediada insident zamanı 4000-dən çox insanın yaralanması xəbərini təkzib edib: “Xəstəxanalara 2800 yaralı çatdırılıb”.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Ən son məlumatda hadisə nəticəsində 11 nəfərin öldüyü, 4 mindən çox insanın isə yaralandığı bildirilirdi.