“Liverpul” 10-cu dəfə bu kuboku qazandı - Video

liverpul-10-cu-defe-bu-kuboku-qazandi
Oxunma sayı: 1977

İngiltərə Liqa kubokunda final oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həlledici matçda “Çelsi” və “Liverpul” üz-üzə gəliblər. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta oynanılıb. 118-ci dəqiqədə qol vuran Mersisayd təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

“Çelsi” – “Liverpul” - 0:1
Qol: Van Deyk, 118

Beləliklə, Yurgen Kloppun baş məşqçisi olduğu komanda tarixində 10-cu dəfə İngiltərə Liqa Kubokunu qazanıb.