“Liverpul” azarkeşi Madriddə itkin düşdü

liverpul-azarkesi-madridde-itkin-dusdu
Oxunma sayı: 749

“Tottenhem” və “Liverpul” arasında Madriddə keçirilən Çempionlar Liqası finalından sonra bir azarkeş itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Makauli Neus adlı “Liverpul” fanatından 2 gündür xəbər yoxdur. 

Bu barədə onun bacısı İnstagram hesabına məlumat verib. O bildirib ki, Neus oyundan sonra İngiltərəyə qayıtmalı olsa da, hələ də qardaşından xəbər ala bilmir.