““Liverpul” çempion olacaq” - Pele

liverpul-cempion-olacaq
Oxunma sayı: 1284

Dünya futbolunun əfsanəsi olan braziliyalı Pele İngiltərə Premyer Liqası barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, 78 yaşlı keçmiş futbolçu son turlarda xal itirməsinə baxmayaraq, “Liverpul”un çempion olacağını bildirib: “Mən hələ mövsümün əvvəli demişdim ki, “Liverpul” çempion olacaq. Yenə də sözümün üzərindəyəm. Bu komandanın çempion olacağına inanıram”.
 
Qeyd edək ki, Premyer Liqada 29 turdan sonra “Mançester Siti” 71 xalla 1-ci, “Liverpul” 70 xalla 2-cidir.