“Liverpul” çempion oldu - 30 ildən sonra

liverpul-cempion-oldu
Oxunma sayı: 3539

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

"Qafqazinfo" az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.

“Bernli” “Uotford”u minimal hesabla (1:0) məğlub yola salıb. Səfərdə “Sauthempton”la qarşılaşan “Arsenal” turu inamlı qələbəylə  (0:2) başa vurub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Mançester Siti” səfərdə “Çelsi”nin qonağı olub. Üç qolun qeydə alındığı matç londonluların qələbəsiylə (2:1) başa çatıb.

Mançesterlilərin bu xal itkisi isə lider “Liverpul”un sona 7 tur qalmış çempionluğu rəsmiləşdirməsiylə əlamətdar olub. Bu, “qırmızılar”ın 30 illik fasilədən sonra ilk çempionluğudur. 

Qeyd edək ki, "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğu qazanıb.