İngiltərənin “Liverpul” klubu Almaniyaya getməklə bağlı problemlə üzləşib. “Qafqazinfo” xəbər verir ki, ingilislər Çempionlar Liqasının 1/8 final mərhələsində “Leytspiq”lə qarşılaşmaq üçün adıçəkilən ölkəyə yollanmalıdır.
Lakin alman hökuməti uçuşların qadağan olunması səbəbindən buna icazə vermir. Almaniya Xarici İşlər naziri bu mövzuda heç bir güzəştin olmayacağını da bildirib.
“Leytspiq” rəhbərliyi isə UEFA-ya matçı başqa ölkədə keçirmək üçün müraciət edəcək.
Əgər uçuşlarla bağlı problem aradan qaldırılmasa, “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” qarşılaşması da neytral meydanda baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər