“Liverpul” fanatları Barselonada həbs edildi - Foto+ Video

liverpul-fanatlari-barselonada-hebs-edildi
Oxunma sayı: 1758

Bu gecə Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə qarşılaşacaq “Liverpul”un fanatları Kataloniyada qalmaqala səbəb olublar.

“Qafqazinfo” xəbər verir ki, Barselonadakı parkların birində əylənən tərəfdarlar  hərəkətləri ilə gündəm olublar. 

Onlar parkı zibilləməklə yanaşı yerli sakinlərə hücum çəkiblər. Hətta fanatlar sakinlərdən birini hovuza atıb. 

Polis hadisəyə müdaxilə edib və 6 ingilis azarkeş həbs olunub.