“Liverpul” ilk məğlubiyyətini aldı - Video

liverpul-ilk-meglubiyyetini-aldi
Oxunma sayı: 1958

İngiltərə Premyer Liqasında 21-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında “Mançester Siti” öz meydanında “Liverpul”la qarşılaşıb.

Çempionluq mübarizəsi aparan iki komandanın matçında qapılara 3 qol vurulub. 40-cı dəqiqədə Aqueronun qoluna 64-cü dəqiqədə Firmino cavab versə də, “Liverpul”un bundan artığına gücü çatmayıb.

72-ci dəqiqədə fərqlənən Leroy Sane “Mançester Siti”yə 2:1 hesablı qələbə qazandırıb. Beləliklə, lider “Liverpul” bu mövsüm Premyer Liqada ilk məğlubiyyətini yaşayıb.

Hazırda “Liverpul” 54 xalla 1-ci, “Mançester Siti” isə 50 xalla 2-ci pillədə yer alır.