“Liverpul” “Mançester Yunayted”lə bərabərə qaldı - Video

liverpul-mancester-yunaytedle-berabere-qaldi
Oxunma sayı: 1383

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, lider “Liverpul” “Old Trafford”da “Mançester Yunayted”in qonağı olub.

Oyunun 36-cı dəqiqəsində meydan sahiblərinin heyətində Markus Reşford hesabı açıb. Qarşılaşmanın final fitinə 5 dəqiqə qalmış Adam Lallana hesabı bərabərləşdirib. Oyunda başqa qol olmayıb və tərəflər hərəyə 1 xal qazanıb.