“Liverpul” məğlub oldu

liverpul-meglub-oldu
Oxunma sayı: 2251

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Ötən tur “Arsenal”a 0:5 hesabıyla uduzan autsayder “Norviç Siti” bu dəfə “Kristal Pelas” səfərində darmadağına üzülüb. “Tottenhem” “Sauthempton”la səfər oyunundan 1 xalla qayıdıb. “Liverpul” isə səfərdə “Lester”in müqavimətini qıra bilməyib. Komanda turu xalsız başa vurub.

Bu tur keçirilməli olan “Lids” – “Aston Villa” və “Arsenal” – “Vulverhempton” matçları komandaların heyətlərində koronavirusa yoluxma halları olması səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası
20-ci tur
28 dekabr

Kristal Pelas – Norviç Siti 3:0
Qol: Eduard, 8-pen. Mateta, 38. Şlupp, 42.

Sauthempton – Tottenhem 1:1
Qol: Uord-Prauz, 25 – Keyn, 41-pen.

Uotford – Vest Hem 1:4
Qol: Dennis, 4 – Souçek, 27. Benrahma, 29. Noble, 58-pen. Vlaşiç, 90+2.

Lester Siti – Liverpul 1:0
Qol: Lukman, 59.