İngiltərə Premyer Liqasında 36-cı turun ilk oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, çempionluq uğrunda “Mançester Siti” ilə amansız rəqabət aparan “Liverpul” öz meydanında “Haddersfild”lə qarşılaşıb.
Meydan sahibləri bu matçda zəif rəqibinə heç bir şans verməyib və 5:0 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə xalını 91-ə çatdıran “Liverpul” liderliyi ələ keçirib.
Qeyd edək ki, turun digər oyunları 27-28 apreldə keçiriləcək.
“Liverpul” - “Haddersfild” - 5:0
Qollar: Nabi Keyta, 1, Mane, 23, 66, Salah, 45, 83
Son xəbərlər
Son Xəbərlər