“Liverpul” uduzdu

liverpul-uduzdu
Oxunma sayı: 845


“Qafqazinfo”nun məlumatına görə, qonaqlar oyuna daha fəal başlayıblar. Bunun məntiqi sonluğu kimi Xuan Mata 14-cü dəqiqədə hesabı açıb.

İkinci hissənin əvvəlində kapitan Stiven Cerrardın birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması meydan sahiblərinin işini daha da çətinləşdirib.

59-cu dəqiqədə Mata dubla imza atıb. 10 dəqiqə sonra Starric fərqi azaldıb.

Oyunun son dəqiqələrində Runi penalti zərbəsindən yararlana bilməyib - 1:2.

Beləliklə, "Liverpul" doğma meydan amilindən istifadə edə bilməyib. Nəticədə "Mançester Yunayted" xalını 59-a çatdıraraq 4-cü sıradakı mövqeyini gücləndirib. "Liverpul" 54 xalla 5-cidir.