Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Liverpul” öz meydanında “Mançester Siti”ni qəbul edəcək. Bu kollektivlərin avrokuboklarda ilk oyununun nəticəsi böyük maraqla gözlənilir
Digər görüşdə isə “Barselona” “Roma”nı qəbul edəcək. “Nou Kamp”da katalonlar İtaliya klublarına qarşı keçirdiyi son 12 oyunda uduzmayıb.
Çempionlar Liqası, 1/4 final (ilk oyunlar)
4 aprel
“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) - 3:0
Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31
“Barselona” (İspaniya) – “Roma” (İtaliya) - 4:1
Qollar: De Rossi, 38 (avtoqol), Manolas, 55 (avtoqol), Pike, 59, Luis Suarez, 87 - Ceko, 80
***
"Liverpul" - "Mançester Siti" matçında hesab açılıb. 12-ci dəqiqə Salah "Liverpul"u hesabda önə çıxarıb.
***
21-ci dəqiqədə Aleks Oksleyd-Çemberleyn "Liverpul"un 2-ci qoluna imza atıb.
***
31-ci dəqiqədə Mane "Liverpul"u hesabda 3-0 önə çıxarıb.
***
"Barselona" - "Roma" matçında da hesab açılıb. De Rossi avtoqola imza atıb və "Barselona" hesabda 1-0 önə keçib.
***
55-ci dəqiqədə "Roma" daha bir avtoqol vurub. Bu dəfə Manolas topu öz qapısına vurub. "Barselona" hesabda 2-0 öndədir.
***
Bu qoldan 4 dəqiqə sonra Pike komandasının 3-cü qoluna imza atıb.
***
80-ci dəqiqədə Edin Dzeko "Roma"nın ilk qolunu vurub və hesab arasındakı fərq 2-yə enib.
***
87-ci dəqiqədə fərq yenidən 3-ə yüksəlib. Luis Suarez hesablı 4-1 edib.
***
Hər iki matçda başqa qol vurulmayıb. "Liverpul" 3-0, "Barselona" isə 4-1 hesablı qələbə qazanıb.
Son xəbərlər
Son Xəbərlər