“Liverpul” və “Mançester Siti” də yarımfinalda - Yenilənib

liverpul-ve-mancester-siti-de-yarimfinalda
Oxunma sayı: 8063

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla da ÇL-də bütün yarımfinalçıların adı müəyyənləşəcək.

“Atletiko” Madriddə ilk matçda 0:1 hesabı ilə uduzduğu “Mançester Siti”ni qəbul edəcək.

“Liverpul” isə İngiltərədə “Benfika”nı sınağa çəkəcək. Bu komandalar arasında ilk oyun İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, artıq “Real” və “Vilyarreal” adını yarımfinala yazdırmağı bacarıb.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. “Atletiko” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

İlk oyun - 0:1

23:00. “Liverpul” (İngiltərə) - “Benfika” (Portuqaliya)

İlk oyun - 3:1

***

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İngiltərə təmsilçilərindən “Liverpul” Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı bu dəfə doğma meydanda qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Beləcə, növbəti mərhələyə İngiltərə təmsilçisi vəsiqə qazanıb.

“Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”sunun qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanmışdı. Bu qarşılaşmada ümumiyyətlə qapılara qol vurulmayıb. Bu üzdən yarımfinala Mançester klubu yüksəlib.

Beləliklə, yarımfinalda “Liverpul” İspaniya “Vilyarreal”ı ilə, “Mançester Siti” isə Madrid “Real”ı ilə qarşılaşacaq.

“Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:3

Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.

Baş hakim: Serdar Gözübüyük (Niderland)

“Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) 0:0

Baş hakim: Daniel Zibert (Almaniya)