“Liverpul” və “Napoli” 1/8 finalda

liverpul-ve-napoli-18-finalda
Oxunma sayı: 1113

Bu gün Çempiolar Liqasının qrup mərhələsində sonuncu-6-cı turun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, E qrupunda bütün məsələlərə aydınlıq gəlib.

Belə ki, “Napoli” evdə “Genk” üzərində 4:0 hesablı qələbə qazanıb. “Liverpul” isə səfərdə “Zalsburq”dan üstün olub – 2:0. Bu qələbələrdən sonra “Liverpul” 13 xalla, “Napoli” isə 12 xalla 1/8  finala adlayıb. 7 xalı olan “Zalsburq” isə mübarizəni Avropa Liqasında davam etdirəcək. “Genk” isə 1 xalla qrup sonuncusu olub.

10 dekabr

E qrupu

21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0

Qollar: Milik, 3, 26, 38-pen, Mertens, 75-pen

21:55. "Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Keyta, 57, Salah, 58