“Liverpul” yenə büdrədi, xal fərqi 3-ə endi - Video

liverpul-yene-budredi-xal-ferqi-3-e-endi
Oxunma sayı: 1493

İngiltərə Premyer Liqasında 25-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son matçında lider “Liverpul” səfərdə “Vest Hem”lə qarşılaşıb.

Hesabı “Liverpul” açsa da, bu üstünlüyünü qoruya bilməyib. “Vest Hem” cavab qolunu vurmağı bacarıb və tərəflər meydandan 1 xalla ayrılıb. Bu, “Liverpul”un ardıcıl 2-ci, son 5 oyunda isə 3-cü xal itkisidir.

Qeyd edək ki, “Liverpul” xalını 62-yə çatdırsa da, ötən tura nisbətən ikinci pillədəki “Mançester Siti” ilə xal fərqi 3-ə enib.

“Vest Hem” - “Liverpul” - 1:1

Qollar: Mane, 22 (0:1), Antonio, 28 (1:1)