“Liverpul” yeni baş məşqçisinin adını açıqladı

liverpul-yeni-bas-mesqcisinin-adini-aciqladi
Oxunma sayı: 3196

İngiltərənin “Liverpul” futbol klubu niderlandlı mütəxəssis Arne Slotun baş məşqçi təyin olunduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilib ki, o, 2024-cü il iyunun 1-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis Arne Slot 2021-ci ilin yayından etibarən “Feyenoord” klubunun baş məşqçisi vəzifəsində çalışır.

O, yanvar ayında 2023/24 mövsümünün sonunda postunu tərk edəcəyini açıqlayan Yurqen Klopu əvəz edəcək.