“Liverpul” yeni hücumçu alıb

liverpul-yeni-hucumcu-alib
Oxunma sayı: 645

İngiltərənin “Liverpul” klubu növbəti transferini gerçəkləşdirib.

“Qafqazinfo” xəbər verir ki, mersiysaydlılar Dominik Solanke ilə uzunmüddətli müqavilə imzalayıblar.

Klubun rəsmi saytında verilən məlumata görə, futbolçu yeni klubunda 29 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 19 yaşlı hücumçu ötən mövsüm “Çelsi”də oynayıb.