İngiltərənin Liverpul şəhərində avtomobil dayanacağında güclü yanğın çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın qısa zamanda bütün binaya yayılıb.
1600 avtomobil tutumuna malik dayanacaqda yüzlərlə avtomobil yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hazırda yanğının səbəbləri araşdırılır. Həmçinin dəyən maddi ziyan dəqiqləşdirilir.
Son xəbərlər
Son Xəbərlər