“Liverpul”dan bərabərlik, “Çelsi”dən biabırçı məğlubiyyət - Video

liverpuldan-beraberlik-celsiden-biabirci-meglubiyyet
Oxunma sayı: 2040

İngiltərə Premyer Liqasının 24-cü turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu tur liderlərin xal itkisi ilə yadda qalıb.

“Liverpul” öz meydanında “Lester”i məğlub edə bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.

“Liverpul” - “Lester” - 1:1

Qolar: Mane, 3 - Magier, 45+1

“Çelsi” “Bornmut” səfərində darmadağın olub. Meydan sahibləri güclü rəqibini 4:0 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra “Çelsi” 47 xalda qalıb və eyni xala malik “Arsenal”dan top fərqinin nisbətinə görə geri düşüb. Beləliklə, “Çelsi” 5-ci pilləyə enib, “Arsenal” 4-cü pilləyə yüksəlib.

“Bornmut” - “Çelsi” - 4:0

Qollar: Kinq, 47, 79, Bruks, 63, Daniels, 90+5

3-cü pillədəki “Tottenhem” isə ələ düşən fürsətdən maksimum istifadə edib. Öz meydanında “Uotford”u 2:1 hesabı ilə məğlub edən “Tottenhem” xalını 54-ə çatdırıb və lider “Liverpul”la xal fərqini 7-yə endirib.

“Tottenhem” - “Uotford” - 2:1

Qollar: Son Hun Min, 80, Llorente, 87 - Katkart, 38

Xatırladaq ki, bu turda “Mançester Siti” “Nyukasl”a 1:1 hesabı ilə məğlub olmuş, “Mançester Yunayted” isə “Börnli” ilə 2:2 hesabı ilə bərabərə qalmışdı.

29 yanvar

“Mançester Yunayted” - “Börnli” - 2:2

Qollar: Poqba, 87 (pen.), Lindelof, 90+2 - Barnes, 51, Vud, 81

“Nyukasl” - “Mançester Siti” - 2:1

Qollar: Rondon, 66, Riçi, 80 (pen.) - Aquero, 1