“Liverpul”dan əzmkar qələbə

liverpuldan-ezmkar-qelebe
Oxunma sayı: 1374


“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan iki komanda “Liverpul” və “Mançestür Siti”nin qarşılaşması “Liverpul”un 3-2 hesablı qələbəsi ilə başa çatıb.  Birinci hissəyə sürətli başlayan ev sahibi komanda Rahim Sterlinq və Martin Şkırtelin qolları ilə 2-0 hesabı ilə irəlidə olub. Lakin 2-ci 45 dəqiqədə oyunun nəzarətini ələ keçirən “Man Siti”  David Silvanın qolu  və Qlen Consonun  avtoqolu sayəsində hesaba tarzlıq gətirib. Lakin sona qədər mübarizə aparan “qırmızı”lar Koutinyo ilə qələbə qolunu vura bilib. Beləliklə,3-2 hesabı ilə qələbə əldə edən “Liverpul” 77-ci xalı qazanıb və liderliyinə davam edir. 70 xalda qalan “Mançester Siti” isə III sırada qərarlaşıb.

 

İqbal