“Liverpul”u dayandıran tapılmır - Video

“Liverpul”u dayandıran tapılmır
Oxunma sayı: 1338

İngiltərə Premyer Liqasında 24-cü turun görüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul” səfərdə “Vulverhempton”a 2:1 hesabı ilə qalib gəlib.
 
Bir oyunu ehtiyatda olan “qırmızılar” 23 oyunun 22-də qalib gəlib, 1-də heç-heçə edib.
 
Premyer Liqada turnir cədvəlinə 67 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 51 xalla 2-ci, "Lester Siti" 48 xalla 3-cüdür. 34 xalı olan "Vulverhempton" 7-ci sırada qərarlaşıb.
 
“Vulverhempton” – “Liverpul” - 1:2
Qollar: Raul Ximenes, 51 - Cordan Henderson, 8, Roberto Firmino, 84


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi