“Liverpul”un kapitanlıq sarğısı ona verildi

liverpulun-kapitanliq-sargisi-ona-verildi
Oxunma sayı: 2034

“Liverpul”un yeni kapitanı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Cordan Hendersondan sonra kapitanlıq sarğısını Vircil van Deyk bağlayacaq. Klubun vitse-kapitanı isə Trent Aleksander-Arnoldə həvalə olunub.

Qeyd edək ki, 32 yaşlı müdafiəçi Vircil Van Deyk 2018-ci ilin yanvarında “Sauthempton”dan "Liverpul"a keçib.