Liviya hakimiyyəti Tripoliyə nəzarəti ələ keçirdi

liviya-hakimiyyeti-tripoliye-nezareti-ele-kecirdi
Oxunma sayı: 1805

Liviya Milli Barışıq Hökumətinin qüvvələri Tripolinin inzibati sərhədləri üzərində tam nəzarətin bərpa edildiyini elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, hökumət qoşunları tərəfindən feldmarşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun və muzdlu döyüşçülərin qalıqlarının  paytaxt bölgəsindən çıxarılmasından sonra şəhərə nəzarət geri qaytarılıb. Həftarın ordusunun geri çəkilməyə davam etdiyi qeyd olunub. Bununla Həftarın Tripolini ələ keçirmək planı tamamilə uğursuz nəticələnib.

Bundan əvvəl hökumət ordusunun nümayəndəsi Mustafa əl-Məcai Xəlifə Həftarın muzdlularının Tripolini və şəhərətrafı əraziləri artıq zəbt edə bilməyəcəyini demişdi.

Həftarın qüvvələrinin beynəlxalq hava limanından və paytaxtın cənubundakı digər ərazilərdən də geri çəkildiyi qeyd edilib.