Liviya hökumətinin yeni tərkibi təsdiqləndi

liviya-hokumetinin-yeni-terkibi-tesdiqlendi
Oxunma sayı: 1236

Liviyada Milli Razılaşma Hökumətinin yeni tərkibi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq prosedur bu gün baş tutan parlament iclasında həyata keçirilib.

İclas keçmiş lider Müəmmar Qəddafinin anadan olduğu və öldüyü Sirt şəhərində keçirilib.

Parlamentin Nümayəndələr Palatası nazirlərin siyahısı barədə qərar verib. 

Nümayəndələr Palatasının rəhbəri Aqil Salehin sözlərinə görə, təklif olunmuş Nazirlər Kabinetinin yeni tərkibi kifayət qədər etimad səsi yığa bilib.

Yeni hökumətin 26 nazirdən ibarət olacağı bildirilir. 

Qeyd edək ki, 2011-ci ildə Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra ölkədə müxtəlif qruplar arasında silahlı qarşıdurmalar hələ də davam edir.