Liviya Milli Ordusunun qırıcısı qəzaya uğradı, pilot öldü

liviya-milli-ordusunun-qiricisi-qezaya-ugradi-pilot-oldu
Oxunma sayı: 1503

Liviya Milli Ordusunun qırıcısı ölkənin şərqində qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a feldmarşal Xəlifə Haftarın komandanlığı altında olan Silahlı Qüvvələrdəki mənbə bildirib.

Hadisə Benqazidə yerləşən Benin bazasında "Liviya ləyaqəti" anti-terror əməliyyatının başlanmasının yeddinci ildönümü münasibətilə təşkil olunmuş hərbi parad zamanı baş verib.

Texniki nasazlıq səbəbindən qəzaya uğrayan qırıcının pilotu həlak olub.

Qəzanın səbəblərinin aydınlaşdırılması məqsədilə hərtərəfli araşdırma aparılacaq.