Liviya Prezidenti İlham Əliyevi təbrik etdi

liviya-prezidenti-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 1114

Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.