Liviya səhrasında 20 nəfərin cəsədi tapıldı - Foto

liviya-sehrasinda-20-neferin-cesedi-tapildi
Oxunma sayı: 2392

Liviya səhrasında 20 nəfərin cəsədi aşkar olunub.

“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, cəsədlər səhrada bir yük avtomobilinin sürücüsü tərəfindən aşkar edilib.

Sözügedən şəxslərin susuzluqdan həlak olduqları və hadisənin təxminən iki həftə əvvəl baş verdiyi ehtimal edilir.

Belə ki, həmin ərazidən son dəfə zəng iyunun 13-də edilib.

Qeyd edək ki, bu regionda yay aylarında temperatur 40 dərəcədən çox olur.

Nəzrin Cavadzadə